Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

Rusiyanın işğal etdiyi Oleşkidə Melaniya Trampın vasitəçiliyi ilə razılaşdırılan atəşkəs başa çatır

Foto: Yevhenii Ihnatiev, CC BY-SA 4.0, Wikimedia Commons
01-11-2026 22:00

Rusiya və Ukrayna arasında Herson vilayətinin Oleşki şəhəri üçün razılaşdırılan yerli atəşkəs bazar günü sona çatır. ABŞ-nin birinci xanımı Melaniya Tramp X sosial şəbəkəsində yazıb ki, sakinlər atəşkəs sayəsində sərbəst hərəkət edə, ərzaq, təmiz su və dərmana çata biliblər. "Qoy Oleşki davamlı sülhün başlanğıc nöqtəsi olsun", - o bildirib.

"The Guardian" qəzeti yazır ki, hər iki tərəf təxliyəni uğurlu adlandırsa da, ukraynalı müşahidəçilər Rusiya ordusunun fasilədən mövqelərini gücləndirmək və şəhərdəki əsgərlərini dəyişmək üçün istifadə etdiyini deyirlər. Onlar Rusiyanın yenidən hücuma keçəcəyini gözləyirlər.

Oleşki Dnepr çayının sol sahilində, 2022-ci ilin payızında Ukraynanın geri aldığı Herson şəhərinin qarşısında yerləşir.

Roma Papası bazar günü tərəflərin bu əməkdaşlığının dialoq istəyini gücləndirəcəyinə ümid etdiyini deyib. Kreml isə Putinin Zelenski ilə telefonla birbaşa danışmağa hazır olduğunu, amma Avropa liderlərinin bu danışığa qoşulmamalı olduğunu bildirir. Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların bu ayın sonlarında keçiriləcəyi gözlənilir.

Qəzetin yazdığına görə, Putinin tələbləri dəyişməyib: o, Ukraynadan bütün Donetsk vilayətini, həmçinin Rusiyanın nəzarət etmədiyi, amma "ilhaq olunmuş" saydığı Herson və Zaporojye torpaqlarını istəyir.

Digər xəbərlər