Tramp demokratlar aralıq seçkilərini udsa "Mister Veto" olacağını deyir
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqres seçkilərində demokratlar qalib gəlsə, onların qanun layihələrinə veto qoymağı planlaşdırdığını deyib. "Güman edirəm ki, mən "Mister Veto" olacağam", - o, "The New York Post" qəzetinin podkastında bildirib.
Trampın sözlərinə görə, bir-iki aydan sonra qanunvericilərin təşəbbüsləri "zibilə çevriləcək" və onlar razılığa gəlməyə məcbur olacaqlar.
O, üçüncü müddət məsələsinə də toxunub: "İmkanım olsaydı, məmnuniyyətlə namizədliyimi irəli sürərdim. Amma qanunun müddəaları çox aydındır". ABŞ Konstitusiyasının 22-ci düzəlişi prezidentliyi iki müddətlə məhdudlaşdırır. Tramp oktyabrda 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edərək üçüncü müddətə namizəd olmaq hüququ olduğunu demişdi.
"Axios" portalı isə əvvəl yazmışdı ki, respublikaçılar seçkidə uduzsa, Tramp özünü "təhqir olunmuş" hiss edərək İrana qarşı sərt addımlar ata bilər.