Son dəqiqə:İran generalı ABŞ ilə yeni müharibənin əvvəlkindən uzun çəkə biləcəyini deyir - 01-11-2026

Axios: Netanyahu Trampdan aralıq seçkilərindən dərhal sonra İrana zərbə endirməyi istəyir

Foto: The White House, Public domain, Wikimedia Commons
01-11-2026 22:25

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən dərhal sonra İrana zərbə endirməyə sövq etdiyi bildirilir.

"Axios" portalı yazır ki, iki lider şənbə günü telefonla İranla danışıqların vəziyyətini və döyüşlərə nə qədər tez qayıtmaq məsələsini müzakirə edib. Portalın israilli mənbəsi söhbəti "sərt", amerikalı mənbəsi isə "açıq" adlandırıb. Yazıya görə, Tramp danışıqları bərpa etməyə çalışmaqla yanaşı, seçkilərdən sonra böyük hərbi əməliyyatların mümkün bərpasına da hazırlaşır.

ABŞ dövlət katibi Marko Rubio şənbə günü Trampın zərbələrlə bağlı hələ qərar vermədiyini və diplomatik həlli üstün tutduğunu deyib. Tramp özü də danışıqların "yaxşı getdiyini" və tələsmədiyini bildirib, amma İranın bir-iki nüvə obyekti ilə "məşğul olmaq" lazım gəldiyini əlavə edib: "Bunu 10 dəqiqəyə edə bilərik".

İranın təhlükəsizlik rəhbəri Möhsün Rzai ABŞ vitse-prezidenti Cey Di Vensdən gələn məktubu oxuduğunu, amma hələ cavab vermədiyini deyib. Keşikçilər Korpusuna yaxın "Təsnim" agentliyi isə Tehranın yeddi şərtində israrlı olduğunu yazır. Qətərli vasitəçilər bazar günü üçüncü gündür ki, iranlı rəsmilərlə görüşür.

Digər xəbərlər