Jurnalist Baş Prokurorluğa çağırıldı
«Meydan TV» ilə əməkdaşlıq etmiş jurnalist Natiq Cavadlı fevralın 6-də Baş Prokurorluqda dindirilib.
Jurnalistin dindirilməsi iki saata yaxın davam edib. Bu haqda Azadlıq Radiosuna N.Cavadlı xəbər verib.
Dindirmənin əvvəllər əməkdaşlıq etdiyi «Meydan TV»nin fəaliyyəti ilə bağlı olduğunu deyən jurnalist detallar haqda danışmayıb. Ondan bununla bağlı iltizam alınıb. Jurnalisti müstəntiq Əli Babayev dindirib.
Son həftələrdə jurnalistlərin, özəlliklə «Meydan TV» ilə əməkdaşlıq edənlərin prokurorluğa çağırılması intensivləşib. Fevralın 5-də «Meydan TV» ilə əməkdaşlıq etmiş daha iki jurnalist - Sevinc Vaqifqızı və Aytac Əhmədova Baş Prokurorluqda dindirilmişdilər.