İlham Əliyev nazirləri topladı

Aprelin 10-u Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Arqument.Az azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib.
İclasda müdafiə sənayesi naziri Yavər Camalov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev danışıblar.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.
Hələlik çıxışların mətni yayılmayıb.


