Son dəqiqə:Hicab qadağasına etiraz edən məhbus fəalın həbsxanada zorakılığa məruz qaldığı və intihara cəhd etdiyi deyilir - 02-11-2026

"Məsələnin bir cavabı var..." - Ekspert

17-10-2016 17:35 / Bu xəbər 121 dəfə oxundu
Payız-qış mövzümündə havaların yağmurlu keçməsi Bakı və Abşeronun əksər ərazilərdində ciddi problemlər yaradır. 

Problemin əsas səbəblərini öyrənmək məqsədilə şəhərsalma üzrə ekspert Vahab Qazıyevin münasibətini öyrəndik. 

Ekspert Toplumtv.com-a açıqlamasında bildirib ki, Bakının kanalizasiya sistemi yenilənməlidir: "Məsələnin bir cavabı var ki, kanalizasiya yenidən dəyişilməlidir. Sistem yağış-çirkab sularını qəbul etmir. "Azərsu” Açıq Səhmdar Cəmiyyətindən soruşduqda isə durumun nəzarətdə olduğunu, problemin onlara aid olmadığını deyirlər. Bəs bu sular nədən yığılır?!”

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC)  ictimaiyyətlə əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə problemin yaranma səbəbini belə izah edib: ”Hazırda kanalizasiyalar yağış sularını daşıma potensialındadır. Sadəcə, yağışlar intensivləşdikdə sutəmizləmə  kollektorları həddən artıq yükləndiyi üçün prospekətlərdə sular yığılıb qalır. Yağış ötürücü sistemlər isə şəhərin yalnız 12-13% hissəsində quraşdırılıb. Bu sistemlərin böyük hissəsi də "Azərsu"nun kanalizasiya xətlərinə qoşulub.  Bununla bağlı 2012-ci idən master plan hazırlanıb ki, yağış suları ayrıca axıdılsın. Bu durum da, işi xeyli asanlaşdıracaq və bizə imkan yaradacaq ki, xətləri Xəzər dənizinə yönləndirək. Həmin planda Abşeron ərazisi və ümumən Bakı şəhərində 900 kilometr yağış suları üçün  kollektorların və kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub”.

 A.Cəbrayıllı həmçinin görülən işlərin uzun sürəcəyini qeyd edib: ”İndiki kanalizasiya sistemi ötən əsrin 80-90-cı illərindən qalmadır və biz də bu sistem üzrə işləyirik. Xıradalan, Masazır qəsəbələrinin çirkab-yağış suları Hövsan qəsəbəsinə yönləndirilir. Oradan isə Binəqədi nasos-stansiyasının vasitəsi ilə Hövsan sutməmizləyici qurğusuna vurulur. Artıq tikinti işlərinin bir hissəsi tamamlanıb. Tam yekunlaşdıqdan sonra şəhərin şimal hissəsinin yağış və çirkab suları Lökbatan istiqamətində axıdılacaq ki, bu da problemin aradan qaldırılmasına nisbən köməklik göstərəcək. Artıq Bayıl, Bibiheybət və Lökbatan istiqamətində 14 kilometr uzunluğunda tunel və kollektor tikilib. Xocasən, Binəqədi və Xırdalan istiqamətində isə 7 kilometrə yaxın tunel xəttlərində işlər görülüb. Bu, qısamüddətli iş deyil və işlərin yekunlaşması bir neçə il çəkəcək”.

İqrar Qurban

Digər xəbərlər