Makareviç Rusiyanın Türkiyə əleyhinə davranışını "təlxəklik" adlandırdı
Rusiyanın məşhur müğənnisi Andrey Makareviç Rusiya-Türkiyə qraşıdurması haqqında öz mülahizələrini bölüşüb.
Məşhur müğənni Makareviç Rusiyanın kənd təssərüfatı məhsullarına Nəzarət İdarəsinin (Rosselnadzor) Türkiyə məhsullarının alışına qadağa qoymasının səbəbini anlamadığını vurğulayıb. Ukrayna mətbuatına açıqlama verən Makareviç deyib: "Bax, mən axmağam, amma mənə izah edin. Türkiyə bizim təyyarəmizi vurub. Bu, dəhşətdir, ölkələr arasında münasibətlər təbii ki, korlanıb. Və biz artıq türk mallarını almaq istəmirik. Bu da normal və təbii haldır".
Müğənni qeyd edib ki, bu vəziyyətdə problemi həll etmək üçün bütün əməkdaşlıq münasibətlərinə son qoyulması normal qarşılanardı: "Niyə açıq şəkildə bunu demirlər? Açıq desinlər ki, dostluğumuz başa çatdı və sizdən heç nə almayacayıq. Yox, bunun əvəzində, Rosselnadzor bizi inandırmağa çalışacaq ki, türk məhsulları standartlara cavab vermir. Dünən standartlara cavab verirdi, amma bu gün cavab vermir. Eyni hal əvvəllər də olub - Riqa şprotlarının və gürcü çaxırının da standartlara uyğun gəlmədiyi məqamlar olub. Axı bu klounada (təlxəklik) nəyə lazımdır?"
Xatırladaq ki, Rosselnadzor Türkiyədən toyuq məhsullarının ixracına qadağa qoyub.
Ankara ilə Moskva arasında münasibətlər Türkiyənin hava sərhədlərini pozan Rusiya qırıcısının vurulmasından sonra kritik vəziyyətə gəlib.///bastainfo.com