Bakı Türkiyənin BMT Baş katibliyinə namizədini alqışlayıb
Foto: Bundesministerium für Europa, Integration und Äusseres, CC BY 2.0, Wikimedia CommonsAzərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Feridun Sinirlioğlunu BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərməsini alqışladığını bəyan edib. Sinirlioğlu hazırda ATƏT-in Baş katibidir.
Bunu XİN-in mətbuat katibi Ayxan Hacızadə medianın sualını cavablandırarkən deyib.
Hacızadə bildirib ki, Bakı Baş katib seçimində namizədlərin peşəkarlığının, diplomatik təcrübəsinin, qərəzsizliyinin və üzv dövlətlər arasında razılıq yarada bilmə bacarığının əsas götürülməsini vacib sayır.
Sözçünün sözlərinə görə, Azərbaycan üzv dövlətlər arasındakı məsləhətləşmələrin BMT-ni qlobal problemlərə daha səmərəli cavab verə biləcək qərara gətirəcəyinə inanır.