Son dəqiqə:Hicab qadağasına etiraz edən məhbus fəalın həbsxanada zorakılığa məruz qaldığı və intihara cəhd etdiyi deyilir - 02-11-2026

Bakıda bina çökdü, 4 nəfər xəsarət aldı

24-02-2022 16:44 / Bu xəbər 93 dəfə oxundu
Prokurorluq: "Onlara ambulator tibbi yardım göstəriləndən sonra dördü də evə buraxılıb”

Bakının Nərimanov rayonu ərazisində – Keşlə qəsəbəsində "City Garden” şirkəti tərəfində söküntü-tikinti işləri zamanı bina çöküb. Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə nəticəsində tikintidə çalışan 4 nəfər xəsarət alıb.

Baş Prokurorluq da məlumatı da təsdiqləyib. Qurumun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, hadisə tikinti şirkətinin layihəsi çərçivəsində söküntü işləri aparılan zaman baş verib. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış dörd nəfər xəstəxanaya çatdırılıb. Onlara ambulator tibbi yardım göstəriləndən sonra dördü də evə buraxılıb.

"Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılır. Hadisə yerinə baxış keçirilib. Şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib. İctimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluqdan bildirilib.


Digər xəbərlər