Azərbaycanda dəhşətli qəza: yüksək vəzifəli şəxslər öldü
Daşkəsən rayonunun Bayan kəndində ağır yol qəzası baş verib.
Arqument.Az "Kəpəz TV"yə istinadən xəbər verir ki, "Niva Chevrolet” markalı avtomobilin körpüdən aşması nəticəsində sürücü və sərnişin hadisə yerindəcə keçinib.
Qəzada ölənlər Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.
APA-nın məlumatına görə, Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
Bunlar Daşkəsən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.
Arqument.Az