Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

MİL-in "Səhrada aysberqi"

29-08-2015 14:30 / Bu xəbər 63 dəfə oxundu
Menecerlərin İnkişafı Layihəsi (MİL) avqustun 31-də növbəti tədbirini keçirəcək. 

Bu barədə MİL-in piar meneceri Günay Namiqqızı məlumat verib. 

MİL-in yaydığı məlumatda isə bildirilir: 

"Cəmiyyətin inkişafını özünə fəaliyyət istiqaməti seçən MİL Şəxsi İnkişaf Akademiyası bu dəfə diqqəti çağdaş gəncliyin ümumi problemi olan valideyn-övlad münasibətlərinə çəkir. 
Əgər siz də özünüzü inkişaf etdirmək istəyirsinizsə, karyera qurmaqla bağlı valideynlərinizin etirazı ilə üzləşirsinizsə, bu seminar məhz sizin üçündür. Valideynlərinizlə birlikdə sizi"ARES” şirkətlər qrupunun rəhbəri, psixologiya , NLP və davranış bilimləri üzrə ekspert, professional təlimçi Rəvan Soltanovun təqdimatında "Səhradakı Aysberq” adlı seminarımıza dəvət edirik. 
Ünvan: Gənclər Evi ( Süleyman Rüstəm 15, 28 May metrosu və "İntellekt” mağazasının yanı)
Əlaqə nömrəsi: 055 411 39 71 
Tarix: 31 avqust
Saat: 11:30 
Qeyd: Seminar ödənişsizdir. 

Yerlər məhdud olduğundan qeydiyyatdan keçməyə tələsin. Aşağıdakı qeydiyyat linkinə daxil olaraq öz iştirakınızı təsdiqləyə bilərsiniz.


Qeyd edək ki, Menecerlərin İnkişafı Layihəsi (MİL) gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq,peşəkarlıq, azad düşüncə, dözümlülük , plüralizm və liberalizmi i əsas dəyərləri kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.

Arqument.Az

Bölmələr:



    Digər xəbərlər