Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

İlham Əliyevdən Mədət Quliyevlə bağlı daha bir SƏRƏNCAM

21-10-2015 18:19 / Bu xəbər 377 dəfə oxundu
Prezident İlham Əliyev Mədət Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

"Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-də imzaladığı sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30.06.2005-ci il tarixli 866 nömrəli sərəncamı ilə ona polis general-mayoru rütbəsi verilib.

2011-ci ilin fevral ayında ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 20.11.2012-ci il tarixli sərəncamı ilə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Evlidir, iki övladı var.

Arqument.Az

Bölmələr:




Digər xəbərlər