İlham Əliyev Astanadadır
Azərbaycan prezidenti Qazaxıstanda rəsmi səfərdədir.
"Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, hava limanında dövlət başçısını bu ölkənin baş nazirinin müavini Erbolat Dosaev qarşılayıb.
Sentyabrın 10-11-də Astanada prezident Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə olaraq İslam Əməkdaşlığı Təşkilatının elm və texnologiyaya həsr olunan sammiti keçiriləcək.