Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

Genaral təqaüdə göndərildi

19-02-2017 01:38 / Bu xəbər 267 dəfə oxundu
Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. 

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən APA-ya faktı təsdiqləyiblər.

Digər xəbərlər