Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

DTX DSX-də əməliyyat keçirib

13-05-2020 14:37 / Bu xəbər 584 dəfə oxundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
 
Unikal.org xəbər verir ki, iki qurumun əməliyyat keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi barədə araşdırma aparılıb.

Qeyd edək ki, 18 fevral 2005-ci il tarixli Sərəncamla yaradılan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə general-leytenant Əfqan Nağıyev başçılıq edir.

Digər xəbərlər