Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

Azərbaycanda zavodda partlayış: ölən və yaralananlar var

04-01-2016 13:22 / Bu xəbər 280 dəfə oxundu
Balakən şəhərindəki zavodda partlayış olub.
 
Arqument.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Balakən şəhərindəki "Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində, qazanxanada  partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.
 
Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.

 Arqument.Az

Bölmələr:




Digər xəbərlər