Son dəqiqə:SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşərək partladığını deyir - 02-11-2026

Arif Hacılı xalqı təbrik etdi

06-07-2016 02:45 / Bu xəbər 211 dəfə oxundu
Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, Sizə can sağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.

Ramazan ayı Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlman dünyasının ən müqəddəs aylarından biridir. İnanclı insanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir, xoş xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar.

Ramazan ayında oruc tutan,  Allaha dua edən inanclı insanların dualarını Allahın dərgahında qəbul olunsun.

Xalqımızın tanrıdan diləyi  sülh, əminamanlıq, ərazilərimizin işğaldan azad edilməsi, qaçqın və köçkünlərimizin öz ata – baba yurdlarına qayıtması, ölkəmizin  azadlığı və firavanlığıdır.

Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, azad, firavan  gələcəyimiz naminə əzmkarlığımızı daha da artıracağımıza inanıram.

Bir daha bütün xalqımızı  müqəddəs Pamazan bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə  uğurlar arzulayıram.

Tanrı yardımçımız olsun!”

Arqument.Az

Bölmələr:




    Digər xəbərlər