Son dəqiqə:Trampın Əliyevi Mayamidəki G20 sammitinə dəvət etdiyi bildirilir - 01-11-2026

İlham Əliyev işıq puluna görə villa sahiblərinə səsləndi: onlar kimlərdir?

30-12-2016 05:38 / Bu xəbər 1412 dəfə oxundu
"İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir..." 

Politika.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı "ASAN kommunal” Mərkəzinin açılışında deyib.

Ölkə başçısı qeyd edib: "Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək”. 

Prezidentin çağırışı "Azərişıq” ASC rəhbərliyi üçün bir siqnal, bir ismarıc, bir göstəriş olmalıdır. Baba Rzayev və komandası birmənalı şəkildə bu sistemi tətbiq etməlidir. 

Söhbət villa sahiblərindən daha çox kommunal ödəniş tələb etməkdən gedir. Ölkənin dörd bir yanında onlarla villaları, malikanələri, sarayları olanlar var. Həmin şəxslər dövlətin müxtəlif vəzifələrində post tutur. Villası olanların əksəriyyəti xalqın puluna, korrupsiya hesabına, büdcə oğurluğu sayəsində imarətlər ucaldıb. 

Elə məmurlar var ki, 5-6 villa tikdirib, hətta hamısına baş çəkməyə vaxtı olmur. Onlar deklorasiya təqdim etməsələr də, heç olmasa xalqın yerinə daha çox işıq pulu ödəsinlər. 

Politika.Az-ın məlumatına görə, bu siyahıda Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovun Albalı bağlarındakı villasını, nəqliyyat naziri Ziya Məmmədovun Göyçayda və Mərdəkanda imarətlərini, deputat Mirzəcan Xəlilovun Novxanıda villasını, Lənkəranın icra başçısı Taleh Qaraşovun Xanbulandakı sarayını, Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin Qax və Zaqataladakı malikanələrini göstərmək olar. 

Habelə Sabirabadın icra başçısı Nazim İsmayılovun Göyçayda oğluna tikdirdiyi villanı, Şamaxının icra başçısı Asif Ağayevin Nağarakənddə ucaltdığı sarayı, Gəncənin meri Elmar Vəliyevin Hacıkənddə villalarını, o cümlədən Badamdarda, Şüvəlanda, Bilgəhdə və ölkənin bir çox səfalı yerlərində, dəniz sahillərində hündür hasarlarla əhatələnmiş malikanələri vurğulamaq olar. Əslində siyahını çox uzatmaq mümkündür və ictimaiyyət, sadə insanlar da gözlə bilir ki, villa sahibkəri kimlərdir.

Digər xəbərlər