Son dəqiqə:İran parlamentinin sədr müavini ABŞ ilə danışıqlar pəncərəsinin bağlandığını deyir, xarici işlər naziri isə məsləhətləşmələrin davam etdiyini bildirir - 01-11-2026

“Azərsu” prezidenti nazir müavini ilə şərik oldu

13-05-2015 13:51 / Bu xəbər 1434 dəfə oxundu
"Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov barəsində qurumun əməkdaşı məktub yazıb. Müəllif anonimliyini saxlayaraq "Təzad”lara göndərdiyi məktubda ilginc iddialar irəli sürüb.
 
"Qorxmaz Hüseynovla nəqliyyat nazirinin müavini Musa Pənahovla şərikdir. Bu yaxınlarda Asiya İnkişaf bankının ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı kredit ayırdığı milyonlara bu iki şəxs şərik oldu.

Nazir müavinin oğlu Fuad Pənahov Qorxmaz Huseynovun qəbulunda olub, razılaşmanı gerçəkləşdirəcək. Çünki bütün layihə işlərini Musa Pənahovun oğlunun rəhbəri olduğu və təsis etdiyi "Qlobal-A” şirkəti həyata keçirəcək. Sonra sənədləşdirmə başlayacaq”.

Məktubda deyilir ki, Asiya İnkişaf Bankı "Azərsu” ASC vasitəsilə ölkəmizdə 11 rayonda Beynəlxalq Layihələri maliyyələşdirir: "Və bu sərmayənin məbləği 180 milyon dollar təşkil edir. Qeyd etdiyim kimi, bu layihələrin icrası Qorxmaz Huseynova məxsus və qudası tərəfindən idarə olunan "Hidroinşaat” şirkətidir, Musa Pənahovun oğlu Fuad Pənahova məxsus "Qlobal-A””Group tərəfindən həyata keçirilməsini də razılaşdırıblar”.

Arqument.Az
 

Digər xəbərlər