Ölkə

Dövlət Sərhəd Xidmətinin daha bir kursantı intihar edib

Mayın 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi (DSX) məktəbinin 10-cu sinfində təhsil alan Məzahir İslamov vəfat edib.

Bu haqda Meydan TV-yə adının hallandırılmasını istəməyən hərbçi məlumat verib. Onun sözlərinə görə, İslamov təhsil aldığı məktəbdə intihar edib.

Məzahir İslamov 5-ci sinifdən etibarən DSX-nın hərbi məktəbində təhsil alırmış. Hadisə ilə bağlı yerli medialarda da bir neçə xəbər yayılıb.

Mediada gedən xəbərlər əsgərin müammalı şəkildə, evində öldüyü qeyd edilsə də, mənbənin sözlərinə görə Məzahir İslamov məktəbdə intihar edib.

Bu son bir ayda Dövlət Sərhəd Xidmətində 3-cü belə hərbçi ölümü hadisəsidir. Dövlət Sərhəd Xidməti əsgərlərin ölümü ilə bağlı hər hansı bir açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir