Dünya

Zelenski: Ukrayna Yaxın Şərqdə İran dronlarını vurub

Ukrayna hərbçiləri Yaxın Şərqdə İran istehsalı olan “Şahed” dronlarını vurublar. Bu açıqlama ilə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.

Prezident X platformasında yazıb: “Biz hərbi ekspertlərimizi, tutucu-dronlar və elektron müharibə üzrə mütəxəssisləri Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutucularla necə işləməyi göstərdik. İran “Şahed”lərini məhv etdikmi? Bəli, etdik. Bunu yalnız bir ölkədəmi etdik? Xeyr, bir neçə ölkədə. Məncə, bu uğurdur”.

Zelenski martın sonlarında Yaxın Şərqə səfəri zamanı Ukraynanın qabaqcıl dron və antidron texnologiyalarını Körfəz ərəb ölkələrinə təqdim edib. ABŞ və İsrailin İranla müharibəsində İran dronları dəfələrlə bu ölkələrin hava məkanını pozub.

Ukrayna Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə uzunmüddətli təhlükəsizlik və müdafiə əməkdaşlığı sazişləri də imzalayıb.

Zelenski Ukrayna reaktiv mühərrikli dronları da vurduğunu əlavə edib. Əksər “Şahed” dronları pərli mühərriklə işləyir.

“İndi reaktiv mühərrikli dronları məhv edəcək tutucu-dronların kütləvi istehsalına başlamağımız sadəcə zaman məsələsidir”, – Zelenski vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir