Rusiya kompensasiya ödəməyə söz versə də, cəzalandırılan olmayacaq
Rusiya kompensasiya ödəməyə söz verdi
AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub.
Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb.
Sənəddə bildirilir ki, iki ölkə prezidentlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə əldə etdiyi anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində” AZAL təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlərin həlli, o cümlədən kompensasiyanın ödənilməsi barədə razılığa gəliblər.
Lakin qəzanın baş verməsinə görə kimlərinsə cəzalanması barədə heç bir məlumat qeyd olunmayıb. Çünki Azərbaycan tərəfinin tələblərindən biri də məhz bu idi.
