ÖlkəSiyasət

Milli Şura üzvü Tofiq Yaqublunun səhhətində problem yaranıb

3 gün öncə, yaxınlarının həbsdə sərbəst yerimə qabiliyyətini itirdiyini açıqladıqları Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həm telefonla ailəsi ilə danışıb və həm də vəkili Nemət Kərimli ilə görüşüb.

Qızı Nigar Həzinin bildirməsinə görə, mayın 7-də qeyd edilən təmaslardan sonra məlum olub ki, atası hələ də karantində saxlanılır:

“Dizindəki şiş ona dəhşətli ağrılar verir. Ağrıdan nə uzana, nə də ki, otura bilir. Ata bildirdi ki, mən dizimdəki problemlə bağlı müəssisə həkiminə məlumat versəm də, düz 10 gündən sonra gəlib bir iynə vurublar. Həkim Elman Abdullayev deyib ki, dizini sarı ki, isti olsun”.

Nigar Həzinin vurğulamasına görə, atası da həkimə deyib ki, ailəsinin göndərdiyi dizliyi hələ də ona çatdırmayıblar. Qızının əlavə etməsinə görə, atası həmçinin bildirib ki, ona qoltuq ağacının yalnız birini veriblər. “Ayağımı yerə basa bilmirəm. Tək ağacla da yerimək çətindir. Tibb məntəqəsinə də aparanda yeriyə bilmədiyimi bilə-bilə mənə nə cüt qoltuq ağacı verdilər, nə də ki, təkərli arabayla apardılar. Bildiyiniz tam bir işgəncə…”, – Nigar Həzinin sözlərinə görə, atası Tofiq Yaqublu deyib.

Nigar Həzinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir