ÖlkəSiyasət

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

İclasda Məzahir Pənahov yenidən qurumun sədri seçilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.

Seçki Məcəlləsinə əsasən, MSK-nın 5 illik səlahiyyət müddəti başa çatdığı üçün qurum bu ay yenidən formalaşdırılmalıdır.

MSK 18 üzvdən ibarətdir. Qanunvericiliyə görə, üzvlərin üçdə biri Yeni Azərbaycan Partiyası tərəfindən – yəni Milli Məclisdə çoxluq təşkil edən partiya tərəfindən, üçdə biri heç bir siyasi partiyaya mənsub olmayan (bitərəf) deputatlar tərəfindən, digər üçdə biri isə parlamentdə azlıqda olan siyasi partiyalar tərəfindən müəyyən edilir.

Məzahir Pənahov MSK-ya 2000-ci ildən rəhbərlik edir.

Azərbaycanda bir qayda olaraq seçkilərdən sonra M.Pənahov bildirir ki, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər, onların müşahidəçiləri seçkidə çoxsaylı pozuntuların olduğunu və bütün bunları ictimailəşdirdiklərini deyirlər. Müxalifət partiyaları isə hər seçkidə total saxtakarlıqlar və qanun pozuntuları olduğunu bildiriblər, bununla əlaqədar faktları ictimailəşdirdiklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir