ÖlkəSiyasət

Əli Kərimli və Məmməd İbrahimin həbs müddəti artırılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb. Bununla bağlı iyunun 10-da Səbail Rayon Məhkəməsində qərar verilib. Məhkəmənin qərarına əsasən, AXCP sədri barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti noyabrın 13-dək uzadılıb.

AXCP sədri Ə.Kərimli və partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan etibarən həbsdədir. Onlar dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunurlar. Hər iki şəxs irəli sürülən ittihamları qəbul etmir.
Səbail rayon Məhkəməsi eyni zamanda AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs müddətini 5 ay uzadıb.

Bundan başqa, habelə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə də istintaq orqanının verdiyi vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddətini də 5 ay uzadıb.
Prezident Administrasiyası Aparatının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri R.Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. Səbail rayon Məhkəməsi R.Mehdiyev barəsində cinayət işi üzrə ötən il oktyabrın 14-də qərar qəbul edib. Onun haqqında isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyi bildirilirdi.
Qeyd edilən qəti imkan tədbirləri bundan əvvəl də uzadılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir