ÖlkəSiyasət

Ali Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

Bu gün, aprelin 2-də Ali Məhkəmədə həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sonuncu məhkəmə prosesi keçirilib.

Prosesə hakim İlqar Qılıcov sədrlik edib. O, Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Siyasətçinin qızı Nigar Həzi sosial mediada açıqlamasında bildirib ki, proses Yaqublunun iştirakı olmadan baş tutub.

“Biz məhkəmə zalına girəndə gördük ki, atamı məhkəməyə gətirməyiblər. Bu gün, hakim İlqar Qılıcov Prezident Aparatındangələn tapşırığı icra etdi və Tofiq Yaqublunun şikayəti təmin edilmədi. Mən daha öncədən də qeyd etmişdim ki, Qılıcov öz peşəsinə hörmət edirsə, bu gün Tofiq Yaqublunu azad edəcək. Yox əgər etməyəcəksə Prezident Aparatından gələn sifarişi yerinə yetirəcək”, – deyə Nigar Həzi bildirib.

Nigar Həzi deyir ki, bu qərarla hakimiyyət Tofiq Yaqubludan qisas alır. 

“Tofiq Yaqublunun necə şərləndiyini hər kəs bilir. Nə qədər gizlətməyə çalışsalar da, bu ümkün deyil. Kiməsə qeyri qanuni yollarla viza düzəldib və yaxud harasa göndərmiş olsaydı əmin olun bu gün “AZTV”lər hay-küy salırdı”, – deyə o vurğulayıb.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinir.

O, 2023-cü ilin dekabrında həbs olunub.

Yaqublu, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir