Əhməd Məmmədli 6 il azadlıqdan məhrum edilib
Martın 16-da, Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, Yoldaş Media-nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Vüqar Seyidov sədrlik edib.
Dövlət ittihamçısı çıxışı zamanı Əhməd Məmmədlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Belə ki, hökmə əsasən Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib. Əhməd Məmmədli 2025-ci il mayın 6-da ayında saxlanılıb və onun barəsində mayın 8-də həbs qətimkan tədbiri seçilib. Onun Vüqar Dünyamalıyev adlı şəxsə qarın boşluğundan bıçaqla xəsarətlər yetirdiyi iddia olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (Xuliqanlıq: Silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Əhməd Məmmədli ittihamı rədd edir, jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunduğunu bildirir.
