İqtisadiyyatÖlkə

Ötən il Əliyevlərə aid banklar ümumi mənfəətin yarısını qazanıblar

Ötən il ölkədə fəaliyyət göstərən 22 bank 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb və 21 bank xalis mənfəətlə ili başa vurub, yalnız bir bank zərər edib. Ən çox mənfəət əldə edənlər arasında xüsusi çıxış edənlər “Kapital Bank”, “Paşa Bank” və “Xalq Bank” olub.

Hesabatlara görə, “Kapital Bank”, “Paşa Bank” və “Xalq Bank” birgə bank sektorunun ümumi xalis mənfəətinin təxminən yarısını təşkil edib. Bu bankların böyük payı sektorun gəlir strukturunda dominant rol oynayıb. Başqa sözlə, bank sektorunda qazanılan hər iki manat xalis mənfəətin biri məhz bu üç bankın payına düşür.

Bankların xalis mənfəətində fərqli dinamika müşahidə olunub: 12 bankın mənfəəti 2024-lə müqayisədə azalıb, 9 bankın isə artıb. Mənfəəti azalanlar arasında “Azər Türk Bank” və “Turanbank” kimi kredit müəssisələri var.

Şərh edən ekspertlər bildirirlər ki, iqtisadi artımın təxminən 1 faiz olduğu, adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) artmadığı və faktiki durğunluğun müşahidə edildiyi bir ildə bank sektorunun nəticələrinin təhlili xüsusi əhəmiyyət daşıyır.

Araşdırmaçı jurnalistlər hər üç bankın – “Paşa Bank”, “Kapital Bank”, “Xalq Bank”-ın hakim ailəyə məxsus olduğunu sübut ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir