Gürcüstan-Azərbaycan sərhədində Türkiyəyə aid hərbi helikopter yerə çırpılıb
Türkiyə hərbi karqo təyyarəsi qəzaya uğrayıb
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində 20-yə yaxın hərbçinin həlak olduğu deyilir.
Bildirilir ki, dörd mühərrikli C-130 Hercules təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsusdur. Qəza baş verən zaman təyyarə təxminən 8 km yüksəklikdə olub.
Türkiyə Müdafiə Nazirliyi bildirib ki, qəzaya uğrayan Türkiyə hərbi karqo təyyarəsində 20 nəfərdən ibarət heyət olub.
Qəzayə nəyin səbəb olduğu hələlik məlum deyil.
Axtarış-xilasetmə işlərinin davam etdirildiyi deyilir.
