Ölkə

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq”.

Bunu Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyyəddin Həsənov deyib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

“Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək”.

Horadiz-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir