Dünya

İvanaşvili Saakaşvilinin partiyasını bağlatdırır

Gürcü Arzusu Partiyası Gürcüstanda fəaliyyət göstərən əsas müxalifət partiyalarının bağlanması tələbilə Konstitusiya Məhkəməsinə müraciət edib. „Radio Marneuli”nin məlumatına görə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin əsasını qoyduğu Vahid Milli Hərəkat Partiyasının, Yeni Dəyişikliklər-Koalisiyası Partiyasını və Güclü Gürcüstan Partiyasının qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etdiklərini açıqlayıb.

Papuaşvili həmçinin qeyd edib ki, onlar ayrı-ayrı şəxslərin siyasi fəaliyyətini dayandırmaq üçün məhkəməyə siyahı təqdim etməyiblər. Amma “Qanunvericilikdə “çevik alət” mövcuddur ki, qadağan olunmuş partiyalarla əlaqəli şəxslərin siyasi fəaliyyətini dayandırmaq mümkün olsun.

Gürcüstan Parlamentinin bu ilin mayında “Vətəndaşların Siyasi İttifaqları Haqqında” Qanuna etdiyi dəyişiklik Konstitusiya Məhkəməsinə əlavə səlahiyyətlər verib. Belə ki, bağlanmış siyasi partiyaların üzvlərinə yeni partiya yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq və dövlət vəzifələri tutmaq qadağan edilir. Qanuna edilmiş dəyişiklik Avropa İttifaqı, Avropa Şurası və beynəlxalq təşkilatların sərt etirazına səbəb olub.

Bağlanması tələb olunan hər 3 partiya ötən il keçirilən parlament seçkilərində deputat mandatları qazansa da, parlamentin işində iştirak etməkdən imtina edib. Müxalif partiyalar Bidzina İvanişvilinin rəhbərlik etdiyi rusiyayönümlü Gürcü Arzusu Partiyası seçkiləri saxtalaşdırmaqda ittiham edib. Avropa Şurası və Avropa İttifaqı son parlament seçkilərini ədalətli hesab etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir