“Azercell” yenidən qiymətləri artırır
Azercell bir çox tarif üzrə qiymətləri bahalaşdırır
Noyabrın 16-dan etibarən tərbiq ediləcək artım “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərini əhatə edəcək.
Belə ki, yeni qərarla indiyədək qeyd olunan tarif paketləri üzrə qiymətlər 2 manatdan 3,89 manata qaldırılıb.
Yenilənmiş şərtlərə əsasən, tarif paketlərində mövcud olan 25 danışıq dəqiqəsi 40 dəqiqə ilə əvəzlənəcək.
Bununla yanaşı, mobil internet paketinin həcmi mövcud 250 MB-dan 450 MB-a qədər artırılıb.
