Ölkə

20 günün əsgəri xəstəlikdən öldü, rəsmi qurumlar açıqlama vermir

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlunun vəfat etdiyi deyilir.

Məlumata görə, 2008-ci il təvəllüdlü Hüseyn Əsədov xəstəlik səbəbindən həyatını itirib. Bildirilir ki, o, təxminən 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı.

Məlumata əsasən, H. Əsədov Dövlət Sərhəd Xidmətində xidmət edib.

Hərbçi dünən Binə qəbiristanlığında dəfn olunub.

Rəsmi qurumlar ictimaiyyətə heç bir açıqlama verməyib, cinayət işi açılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir