Vaşinqtonda azərbaycanlı fəallar aksiya keçirib
Martın 23-də Vaşinqtonda bir qrup azərbaycanlı mühacir fəal Azərbaycan səfirliyinin qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları AXCP lideri Əli Kərimliyə və digər siyasi məhbuslara azadlıq verilməsini, həmçinin siyasi repressiyalara son qoyulmasını tələb ediblər.
Etirazçılar əllərində “Free Ali Karimli” və “Stop political persecution” şüarları yazılmış plakatlar tutaraq səfirlik önündə toplaşıblar.
Aksiya dinc şəkildə keçirilib.
