Tramp yenə İranı hədələdi: “Növbəti hücum daha pis olacaq”
“Tehran Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığa gələ bilməsə, ABŞ ordusu İrana daha dağıdıcı zərbə endirməyə hazırdır”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkə səhifəsində bildirib.
“Ümid edirəm ki, İran tezliklə danışıqlar masasına oturacaq və nüvə silahı olmadan ədalətli bir razılaşma əldə edəcək. Bu, bütün tərəflər üçün yaxşı olacaq. Vaxt tükənir və bu, həqiqətən də çox vacibdir”, – Tramp qeyd edib.
O, xatırladıb ki, 2025-ci ilin iyun ayında ABŞ İranda “Midnight Hammer” əməliyyatı həyata keçirib.
“Növbəti hücum daha da pis olacaq. Buna imkan verməyin”, – Tramp əlavə edib.
Qeyd edək ki, 2025-ci ilin iyun ayında ABŞ İrandakı üç nüvə obyektinə zərbə endirmişdi. ABŞ müdafiə naziri Pit Heqset ABŞ-nin 75 dəqiq idarə olunan sursatdan istifadə edərək İranın nüvə proqramını tamamilə məhv etdiyini bildirmişdi.
