DünyaSiyasət

Tramp Maduro və həyat yoldaşının ələ keçirildiyini elan edib

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı ələ keçirilib və ölkədən çıxarılıb.  

Məlumatı ABŞ Prezidenti Donald Tramp yayıb. Məlumata görə, Venesuela lideri ABŞ-nin paytaxt Karakasa genişmiqyaslı zərbəsindən sonra ələ keçirilib. Tramp əməliyyat barədə geniş məlumat verməyib.  

CNN isə Karakasda bir neçə partlayış səsinin eşidildiyini, şəhərin bir neçə rayonunun elektriksiz qaldığını bildirib. İlk partlayış yerli vaxtla 01:50-də qeydə alınıb.  

Trampın açıqlamasından bəlli olub ki, Maduro ilə bərabər həyat yoldaşı da ələ keçirilərək, ölkədən çıxarılıb. 

Venesuela müxalifəti yayılan məlumatları şərh etməyib. Venesuela Xarici İşlər Nazirliyi isə ölkədə səfərbərlik elan edildiyini açıqlayıb.  

ABŞ ilə Venesuela arasında münasibətlər son bir neçə ayda gərginləşib. Rəsmi Vaşinqton Venesuela liderini narkotik qaçaqmalçılığında ittiham edib və ölkə sahillərinə ABŞ hərbi gəmiləri yerləşdirib. Venesuela lideri isə özü haqqında ABŞ-nin iddialarını rədd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir