İqtisadiyyatÖlkə

Suyun qiymətinin bahalaşması üçün Tarif Şurasına müraciət olunub

Azərbaycanda su qiymətlərinin artırılması gözlənilir. Bununla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su tariflərinin bahalaşması üçün Tarif Şurasına müraciət edib. Agentlik bunu tariflərin diferensiallaşdırılması kimi açıqlayıb.

Qurumun məlumatına görə, sosial-iqtisadi vəziyyət və investisiya ehtiyacları nəzərə alınmaqla tariflərin mərhələli şəkildə diferensiallaşdırılması planlaşdırılır.

Agentlik qeyd edib ki, bu yanaşma su təsərrüfatında vahid idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına və maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edəcək. Tariflərin real istismar, texniki xidmət və investisiya xərcləri əsasında formalaşdırılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir