Samuxun icra başçısının oğlu aparat rəhbəri təyin edildi
Samux İcra başçısının oğluna yeni vəzifə verildi
Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
Məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.
Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.
