Ölkə

Azərbaycanın sabiq səhiyyə naziri vəfat edib

Azərbaycanın 16 il səhiyyə naziri olmuş Oqtay Şirəliyev vəfat edib.

O, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı malikanəsində dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-cü illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan O.Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu postda çalışıb.

O, 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Oqtay Şirəliyev həmçinin Vitse prezident Mehriban Əliyevanın yaxın qohumu, xalası oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir