Ölkə

Reper Elşad Xose həbs edilib

Azərbaycanlı reper Elşad Xose həbs edilib.

Məlumata görə 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi iddia olunur.

Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib.

Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmxış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Reper ən son sosial media hesabında Bayırşəhərin məhv edilməsi ilə bağlı tənqidi paylaşım etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir