ÖlkəSiyasət

İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

“Azərbaycan və Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər artıq keçmişdə qalıb”

Bu fikri Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində iki ölkə arasında yaranmış anlaşılmazlıqların arxada qaldığını vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Fransa münasibətlərində yeni dövr başlayır. Bu mərhələdə, ilk növbədə, insanlararası əlaqələrin, işgüzar dairələrin təmaslarının, həmçinin mədəni və humanitar sahələrdə əməkdaşlığın bərpası və inkişafı prioritet olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir