Dünya

Moskvada avtomobil partladılıb, general həlak olub

Moskvada avtomobilin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub. Məlumatı İstintaq Komitəsi yayıb.

Güc strukturlarına yaxın “Shot” Telegram kanalı xəbər verir ki, Yaseneva küçəsində avtomobilin partlamasına əldəqayırma partlayıcı qurğu səbəb olub. Bir versiyaya görə, “Kia Sorento” işə düşəndən bir neçə saniyə sonra partlayıb. “Baza” isə avtomobilin bir neçə metr hərəkət etdiyini yazır. Yaxınlıqdakı azı yeddi avtomobilə ziyan dəydiyi bildirilir.

55 yaşlı Sarvarov 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində Çeçenistan və osetin-inquş müharibəsində iştirak edib. 2015-16-cl illərdə isə Rusiyanın Suriyadakı döyüş əməliyyatlarına qatılıb. “Proyekt” nəşri onun Ukrayna müharibəsində də iştirak etdiyini yazır.

Qətl törətmə, partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

“Araşdırılan versiyalardan biri Ukrayna xüsusi xidmətlərinin cinayəti təşkil etməsi ilə bağlıdır”, – komitənin bəyanatında deyilir.

Ukrayna hələlik general Sarvarovun ölümünü şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir