İqtisadiyyatÖlkə

“Kapital Bank” nağdlaşdırma və köçürmə əməliyyatları üçün komissiya tətbiq edəcək

27 noyabr 2025-ci ildən etibarən Kapital Bank ATM-lərindən “Birbank” kartları ilə nağdlaşdırma və ölkədaxili digər bank kartlarına köçürmə əməliyyatları üçün 1% komissiya tətbiq ediləcək.

Bu barədə istifadəçilərə rəsmi bildiriş göndərilib.

Kapital Bank Bakuplus.az-a açıqlamasında bildirib ki, komissiyasız aylıq nağdlaşdırma və köçürmə limiti əvvəlki kimi bütün istifadəçilərə şamil olunmayacaq, həmin limit müştərilərin “maliyyə davranışlarına” əsasən fərdi müəyyən ediləcək.

Bankın məlumatına görə, 27 noyabrdan bəzi müştəri qruplarında “Birbank” ATM-lərindən komissiyasız nağdlaşdırma və “Birbank” kartlarından digər ölkədaxili bank kartlarına komissiyasız köçürmə limiti ləğv ediləcək. Yeni şərtlərə əsasən, hər iki əməliyyat üzrə komissiya 1% (minimum 1 AZN/USD/EUR) olacaq.

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ölkənin ən iri banklarından biridir. “Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “PAŞA Holding” MMC-yə, 16.93%-i digər şirkətlərə və 1.%-i isə fiziki şəxslərə aiddir.

“PAŞA Holding” şirkətini əvvəllər Mehriban Əliyevanın atası Arif Paşayev idarə etsə də, hazırda holdinq ölkə başçısının qızları Leyla və Arzu Əliyevalara aiddir. Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev 2013-cü ildə şirkətin idarəsini öz nəvələrinə – Arzu və Leyla Əliyevalara ötürüb.

Birbank isə Kapital Bankın rəqəmsal bankçılıq tətbiqi və kart brendidir. Bu, ayrıca bank deyil. Sadəcə Kapital Bankın təqdim etdiyi mobil tətbiq, xidmət platforması və kart məhsullarının adıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir