Jurnalist Əfqan Sadıqov 270 min lari cərimələnib
Jurnalist Gürcüstanda aksiyalarda iştirakına görə 170 min manat cərimələnib
Gürcüstanda yenidən saxlanılan azərbaycanlı jurnalist Əfqan Sadıqov 270 min lari cərimələnib.
Bu bardə jurnalistin vəkili Ayhan Həsənli özünün Facebook hesabında yazıb:
“Bu gün Marneuli təcridxanasında Əfqan Sadıqovu ziyarət etdim. <…> O, artıq məhkəmə qərarını alıb. Əfqan Sadıqov yolu bağladığına görə 54 dəfə cərimə olunub, ümumi məbləği 270.000 lari (hər iş üçün 5000 lari)”.
Əfqan Sadıqovun həyat yoldaşı da Facebook-da vəkilin sözlərini təsdiqləyərək, qeyd edib ki, jurnalistə saxlandığı təcridxanada ailəsi ilə əlaqə saxlaya bilməməsinin səbəbi kimi Fransaya telefon zəngi etməyin mümkün olmaması ilə izah ediblər.
“Gürcüstan Ədliyyə Nazirliyinin diqqətinə çatdırmaq istəyirəm ki, mənim Gürcüstan nömrəm mövcuddur. Buna görə də, əlaqə ilə bağlı qanunsuz məhdudiyyətlər və əsassız bəhanələr qəbulolunmazdır”, – deyə, Sadıqova qeyd edib.
Hazırda Marleuli təcridxanasında saxlanılan jurnalist Əfqan Sadıqov oktyabrın 23-də Tbilisidə 14 sutkalıq azadlıqdan məhrum edilib. O, “qanunsuz olaraq yol bağlamaqda” ittiham olunur.
