İran mediası: Xamenei və ailə üzvləri öldürülüb, Tramp da onun öldürüldüyünü bildirib
İran dövlət mediası ABŞ və İsrailin son hücumları nəticəsində ölkənin ali rəhbəri Ayətullah Əli Xameneinin kürəkəni və gəlini ilə yanaşı, qızı və nəvəsinin də həlak olduğunu açıqlayıb.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp açıqlama verərək Əli Xameneinin öldürüldüyünü bəyan edib.
İranda ali liderin ölümü ilə bağlı 7 günlük qeyri-iş günü və 40 günlük milli matəm elan edilib.
