Həyat yoldaşı: Nurlan Librenin psixoloji durumu ağırdır
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Qəhrəmanlı (Libre) hal-hazırda ciddi psixoloji çətinliklərlə üzləşir, — deyə onun həyat yoldaşı Əsli Əlizadə bildirib.
Əsas məqamlar: Əlizadə jurnalistlə son görüşündə Librenin psixoloji vəziyyətinin ağır olduğunu söyləyib.
İddialara görə, dekabrın 22-də keçirilən məhkəmədə qanunsuz həbslərə etiraz olaraq o, qollarını kəsib və daha sonra zorla cəzaçəkmə müəssisəsinə aparılıb.
Saxlandıqdan sonra Libre 2 gün karserdə soyuq və natəmiz şəraitdə saxlanılıb və kamerasının dağıldığı bildirilir.
Əlizadə vurğulayıb ki, uzun müddətli təcrid və ümidin itirilməsi Librenin durumunu daha da ağırlaşdırıb.
Arxa plan: Nurlan Libre 2025-ci il fevralın 21-də “Meydan TV işi” çərçivəsində həbs olunub və ona qarşı qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb. Onun həbs müddəti sonradan məhkəmə tərəfindən artırılıb və bu işi üzrə ümumilikdə 12 nəfər həbsdədir.
