Ölkə

Goranboyda Azərbaycan ordusunun hərbçisinin qayalıqdan yıxılaraq həlak olduğu deyilir

Goranboyda Azərbaycan ordusunun hərbçisi həlak olub.

Hadisə rayonun Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin bölük komandiri, baş leytenant 1993-cü il təvəllüdlü İsmayıl Elman oğlu Əzimli hündür qayalıqdan yıxılıb. Baş leytenant aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Məlumata görə, hadisə 32 yaşlı hərbçinin xidmət etdiyi hərbi hissəsinin yaxınlığında baş verib.

Zabitin döyüş yoldaşları ilə İkinci Qarabağ müharibəsində döyüşdükləri əraziləri ziyarət edərkən öldüyü deyilir.

Baş leytenant 1993-cü il təvəllüdlü İsmayıl Əzimli bu gün doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində torpağa tapşırılıb.

Faktla bağlı Gəncə şəhər hərbi prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İsmayıl Əzimli İkinci Qarabağ müharibəsi iştirakçısıdır və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. O, Birinci Qarabağ müharibəsi şəhidi Elman Məhərrəmovun oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir