Fatih Altaylı 4 il 2 ay müddətinə həbs qərarı verildi
Sosial media hesabında canlı yayım zamanı dediyi sözlərə görə “Prezidenti təhdid etmək” ittihamı ilə 22 iyundan bəri (5 aydır) saxlanılan jurnalist Fatih Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etməkdə təqsirli bilinib.
O, cinayət törətmədiyini bildirərək, YouTube kanalının prezidentə qorxu və ya narahatlıq yaratması ehtimalının olmadığını dilə gətirib.
