ÖlkəSiyasət

Fərid İsmayılovdan Hikmət Hacıyevə:“Nə vaxtsözünüzə əməl edəcəksiniz?”

Həbsdə olan Toplum TV jurnalisti Fərid İsmayılov Prezidentin köməkçisi Hikmət Hacıyevə açıq məktubla müraciət edərək, COP-29 zamanı verdiyi vədə nə vaxt əməl edəcəyini soruşub.

Nə baş verir: İsmayılov bildirir ki, COP-29 çərçivəsində Hacıyevə verdiyi sualdan sonra izlənilib, təzyiqlərə məruz qalıb və daha sonra saxlanılıb.

O, “Toplum TV işi” üzrə irəli sürülən ittihamların əsassız olduğunu, istintaqın və məhkəmənin bunu sübut edən hər hansı dəlil ortaya qoymadığını deyir.

Jurnalistin sözlərinə görə, polis orqanları qeyri-rəsmi şəkildə onun həbsinin əsas səbəbinin məhz Hikmət Hacıyevlə olan dialoq olduğunu etiraf edib.

İsmayılov qeyd edir ki, Hacıyev ona əvvəlki cavabında işin siyasi xarakter daşıdığını dolayısı ilə qəbul edib.

Nə deyir: Jurnalist xatırladır ki, COP-29 zamanı ona Azərbaycan məhkəmələrinin işi ədalətli araşdıracağına dair söz verilib. Lakin artıq 10 aydır davam edən prosesin “ədalətli məhkəmə” ilə heç bir əlaqəsinin olmadığını bildirir və mövcud durumu sərt şəkildə tənqid edir.

Məktubun əsas sualı budur: “Nə vaxt sözünüzə əməl edəcəksiniz və bu özbaşınalığa son qoyulacaq?”

Niyə vacibdir: Bu müraciət Azərbaycanda müstəqil jurnalistlərin həbsi, məhkəmə sisteminin müstəqilliyi və söz azadlığı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir