ÖlkəSiyasət

Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsi tərəfindən ona ittiham irəli sürülüb.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə AXCP sədrini 12 ildən 20 ilədək və ya ömürlük olaraq azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

AXCP son həbslərlə bağlı bəyanat yayaraq baş verənləri siyasi sifarişli repressiya kampaniyası adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir